Müşayiət dəstəsinin rəhbərləri saxlanılan şəxslər barədə əsas məlumatları bilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, Polis orqanlarının müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair Təlimatda əksini tapıb.

Onların davranış xüsusiyyətləri daim öyrənilməlidir. Bu məqsədlə istintaq orqanları ilə mütəmadi əlaqə saxlanmalıdır. Əvvəllər məhkum olunmuş və ya həbsdən qaçmış şəxslərə xüsusi diqqət ayrılmalıdır. Müşayiət dəstəsinə hücum etmiş və ya qaçmağa cəhd göstərmiş şəxslər nəzarətdə saxlanmalıdır. Riskli məhbuslarla bağlı qabaqlayıcı tədbirlər görülməlidir. Qaçış ehtimalı yüksək olan şəxslər barədə müvafiq xidmətlər məlumatlandırılmalıdır. Təhlükəsizlik tədbirləri gücləndirilməlidir.