Mərkəzi Bank bank lisenziyası almaq üçün ilkin müraciəti rədd etdikdə, öz qərarında bunun səbəblərini göstərməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
kin müraciət rədd edildikdə bank lisenziyasının alınması üçün müraciət Mərkəzi Banka təkrarən təqdim edildikdə, ona yeni müraciət kimi baxılır. Mərkəzi Bank bank lisenziyası alınması üçün ilkin müraciətə müsbət baxdıqda, ilkin nizamnamə kapitalının minimum miqdarının köçürülməsi üçün öz balansında həmin bankın müraciəti ilə onun adına hesab açır.