Türkiyə sahillərində daha bir güclü zəlzələ qeydə alınıb.
Heftelik.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yerli vaxtla saat 14.26-da Egey dənizində, Datçadan 258 km uzaqlıqda 5 maqnitudalı zəlzələ olub.
Zəlzələnin ocağı 5.39 km dərinlikdə yerləşib.
Qeyd edək ki, bundan öncə gecə yerli vaxtla saat .2.17-də Aralıq dənizində 5,8 maqnitudalı zəlzələ olub. zəlzələnin ocağı Türkiyənin Muğla rayonunun Marmaris rayonu sahillərindən 10,43 km uzaqlıqda, 67,91 km dərinlikdə yerləşib. Zəlzələ Muğla, İzmir, Aydın və Antalyada hiss edilib. Zəlzələ nəticəsində 69 nəfər xəsarət alıb, 14 yaşlı qız isə ürəktutmasından həyatının itirib.