Ukrayna Təhlükəsizlik Xidməti Krım körpüsünü partladıb.

Heftelik.az-ın xəbərinə görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

Əməliyyatın bir neçə ay davam etdiyi bildirilib. Ukrayna Təhlükəsizlik Xidmətinin agentlərinin körpünün dayaqlarını minalayıblar. Nəticədə 3 iyun tarixində hər hansı mülki itki olmadan, səhər saat 4:44-də ilk partlayıcı qurğu işə salınıb. Körpü qəzalı vəziyyətə düşüb.

Qeyd edək ki, bundan əvvəl Krım körpüsünə 8 oktyabr 2022-ci ildə iki raket zərbəsi endirilib, 17 iyul 2023-cü ildə isə körpü pilotsuz su aparatlarının hədəfi olub.