MSY-nin ətrafında yerləşən xarici postlar, burada xidmət edən əməkdaşlar üçün xüsusi qaydalar və məsuliyyətlər müəyyənləşdirir.
Heftelik.az-ın məlumatına görə, bu, Polis orqanlarının müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair Təlimatda əksini tapıb.
Onlar, MSY-nin damını, pəncərələrini və hasar qurğularını nəzarət altında saxlayırlar. Həmçinin, onlar, hər hansı bir qadağan olunmuş əşyaların daxil olması və ya ərazidə təhlükəsizlik pozuntularının baş verməsinin qarşısını almağa çalışırlar. Post xidmətçiləri, həmçinin, ərazidə ictimai qaydanı təmin etməli və silahı tətbiq etməyə hazır olmalıdırlar.