Abşeron rayonunun Məhəmmədi kəndində yerləşən göldə balıqların kütləvi ölümü ilə bağlı araşdırma aparılır.

Heftelik.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyindən (KTN) bildirilib.

Bildirilib ki, Aqrar Xidmətlər Agentliyi (AXA), KTN-in Baytarlıq Elmi-Tədqiqat İnstitutu və Qida Təhlükəsizliyi Agentliyi (AQTA) araşdırma aparır.

Hər üç dövlət qurumunun mütəxəssisləri əraziyə baxış keçirib, sudan və balıqlardan nümunələr götürülüb. Nümunələr AXA-nın Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi, KTN-in Baytarlıq Elmi-Tədqiqat İnstitutu və Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim edilib.