Mərkəzi Bank müraciətdə və ya müraciətə əlavə edilən sənədlərdə səhvlər və ya çatışmazlıqlar müəyyən etdikdə, o, həmin səhvlər və ya çatışmazlıqlar haqqında 10 təqvim günü müddətində ərizəçiyə yazılı bildiriş göndərir və bu səhvləri və ya çatışmazlıqları aradan qaldırmağı təklif edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Mərkəzi Bank müraciətdə və ya ona əlavə edilmiş sənədlərdə səhvlər və ya çatışmazlıqlar olmadığını müəyyən etdikdə, banka onun müraciətinin qəbul edildiyi barədə 10 təqvim günü müddətində yazılı bildiriş göndərməlidir. Həmin müddətdə Mərkəzi Bank müraciət edənlərə yazılı bildiriş göndərməzsə, sənədlər baxılmaq üçün qəbul edilmiş hesab edilir.