Müşayiət dəstəsinin rəhbəri lazım olduqda yaxınlıqdakı polis orqanına müraciət edə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, Polis orqanlarının müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair Təlimatda əksini tapıb.
Əgər əlavə müşayiətçi ayırmaq mümkün deyilsə, müşayiət edilənlərin bir qismi MSY-də saxlanıla bilər. Xüsusi təhlükəsizlik tədbirləri üçün müşayiət avtomobilləri radiostansiyalar və işıq mayakları ilə təchiz edilir. Məhkəmə iclaslarında mühafizə üçün hasar-sipərlərdən istifadə olunur. Müşayiət dəstələrinin hərəkətinə nəzarət radio və naqilli rabitə vasitələri ilə həyata keçirilir. Müşayiət olunan şəxslərin məhkəməyə gətirilməsi yazılı göstəriş əsasında aparılır. Müstəntiqin və ya məhkəmənin tələbnaməsində müşayiət edilən şəxslərin detalları qeyd edilməlidir. Bu məlumatlar arasında ad, saxlanıldığı yer və məhkəmə iclasının vaxtı yer alır.