Qaçmaq niyyəti olan şəxslər barədə məlumatların toplanması təşkil edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, Polis orqanlarının müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair Təlimatda əksini tapıb.
Bu iş polis orqanlarının rəisi tərəfindən idarə olunmalıdır. Əməliyyat xidmətlərinin əməkdaşları bu sahədə fəaliyyət göstərməlidir. Qaçışa hazırlıq halları aşkar edilərsə, təcili tədbirlər görülməlidir. Saxlanılan şəxslərin kameralarının dəyişdirilməsi təmin edilməlidir. Axtarışlar aparılmalı, binanın təhlükəsizlik vəziyyəti yoxlanılmalıdır. Zərurət yaranarsa, gəzinti və görüşlər müvəqqəti dayandırılmalıdır. Mövcud texniki nasazlıqlar aradan qaldırılmalıdır.