Sabirabad rayonunun Muğan Gəncəli kənd sakini, 1956-cı il təvəllüdlü İmanova Bahar Niyaz qızına məxsus, ümumi sahəsi 240 kv. metr olan fərdi yaşayış evi yanıb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, yanğın nəticəsində 1989-cu il təvəllüdlü İmanov Tural Ağasəf oğlu, həyat yoldaşı 2002-ci il təvəllüdlü İmanova Şəfalı Rövşən qızı, övladları – 2020-ci il təvəllüdlü İmansoy Osmanbəy Tural oğlu və 2024-cü il təvəllüdlü İmansoy Esma Tural qızı vəfat edib.

Ev sahibi, 1956-cı il təvəllüdlü İmanova Bahar Niyaz qızı, onun oğlu, 1983-cu il təvəllüdlü İmanov Ruslan Ağasəf oğlu yanğından xilas olub.

Ümumi sahəsi 240 kv.m olan 6 otaqlı 2 mərtəbəli fərdi yaşayış evi yanar konstruksiyaları ilə birlikdə tam yanıb.

Yanğın digər sahələrə və tikililərə keçməyib. Yanğın yanğındöndürənlər tərəfindən söndürülüb.

Yanğının baş vermə səbəbi aydınlaşdırılır.