ABŞ Prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putin arasında telefon danışığı baş tutub.

Heftelik.az xəbər verir ki, bu barədə Donald Tramp “Truth” sosial şəbəkəsində bildirib.

Qeyd olunub ki, liderlər Ukraynanın Rusiya aerodromlarına hücumu barədə danışıblar:

ABŞ Prezidenti telefon danışığının yaxşı keçdiyini bildirib: “Amma bu, dərhal sülhə gətirib çıxarmayacaq. Putin çox qətiyyətlə dedi ki, o, aerodromlara edilən son hücumlara cavab verməli olacaq”.

İranın nüvə məsələsi də Trampla Putin arasında müzakirə mövzusu olub: “Biz İranın nüvə silahı ilə bağlı qərar verməsi üçün vaxtın daraldığını və bu qərarın tez bir zamanda qəbul edilməsini müzakirə etdik. Prezident Putinə dedim ki, İran nüvə silahına malik ola bilməz və inanıram ki, biz bununla razılaşırıq”.

Sözügedən telefon danışığı 1 saatdan çox davam edib.