Keçmiş hərbi prokuror, Konstitusiya Məhkəməsinin hakimi Xanlar Vəliyev metroda görüntülənib.
Heftelik.az-ın azxeber.com-a istinadən verdiyi məlumata görə, o, ötən gün axşam saatlarında metronun İçərişəhər metrosundan istifadə edib.
Xatırladaq ki, 2005-ci il 10 fevral tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə təyin edilən Xanlar Vəliyev 2025-ci il 8 aprel tarixinə qədər həmin vəzifədə çalışıb. O daha sora Konstitusiya Məhkəməsinə hakim təyin olunub.