Türkiyə sahillərində növbəti dəfə zəlzələ olub.
Heftelik.az-ın Türkiyə Fövqəladə Halların İdarə Edilməsi Agentliyinə (AFAD) istinadən verdiyi məlumata görə, bu gün yerli vaxtla səhər saat 07.32-də Aralıq dənizində, Antalyanın Gazipaşa rayonundan 38,62 km uzaqlıqda 4 maqnitudalı zəlzələ baş verib.
Zəlzələnin ocağı 67,26 km dərinlikdə yerləşib.
Səhər saat 08:12-də isə Çanakkalenin Gökçeada rayonu sahillərində 4,8 maqnitudalı zəlzələ qeyd alınıb.
Qeyd edək ki, bundan əvvəl iyunun 3-də yerli vaxtla saat 02.17-də Aralıq dənizində 5,8 maqnitudalı, saat 14.26-da Egey dənizində, Datçadan 258 km uzaqlıqda 5 maqnitudalı zəlzələ olub.