Aviasiya personalının tibbi qiymətləndirilməsi üç əsas sinif üzrə həyata keçirilir: Sinif 1, Sinif 2 və Sinif 3. Sinif 1 tibbi qiymətləndirmə, kommersiya və nəqliyyat pilotlarına şamil olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi və digər dövlətdə verilmiş analoji sənədlərin tanınması Qaydaları”nda əksini tapıb.
Sinif 2-də naviqatorlar, bort mühəndisləri, həvəskar pilotlar və digər aviasiya personalı üçün tibbi qiymətləndirmə keçirilir. Sinif 3 isə hava dispetçerləri üçün nəzərdə tutulmuş qiymətləndirməni əhatə edir. Hər bir sinif üçün xüsusi tibbi tələblər mövcuddur. Ərizəçilər tibbi qiymətləndirməyə müraciət etdikdə, müvafiq şəhadətnamə və peşə öhdəliklərinə uyğun olan sağlamlıq vəziyyətləri nəzərə alınır. Aviasiya tibb eksperti, ərizəçinin sağlamlıq vəziyyətini qiymətləndirir və təhlükəsizliyi təmin edəcək şərtləri müəyyən edir. Hər bir müraciətçinin fiziki və psixi vəziyyəti ciddi şəkildə yoxlanır. Bu qiymətləndirmə həmçinin uçuşların təhlükəsizliyini təmin etmək üçün vacibdir.