Manevr işləri zamanı, stansiya növbətçisi, maşinist və qatar tərtibatçısı arasında danışıq aparılır.

Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.

Bu danışıq, manevr lokomotivinin hərəkət etməsi zamanı vaqonlaradək qalmış məsafə barədə məlumat verir. Manevr rəhbəri, maşinistə təkrarlanan məlumatlar və təhlükəsizlik komandaları təqdim edir. Əgər maşinist məlumatı anlamaq üçün cavab vermirsə, tərkib dərhal dayandırılmalıdır. Manevr işi zamanı hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə xüsusi komanda və xəbərdarlıqlar verilir. Bu tədbir toqquşmaların qarşısını almaq məqsədini güdür.