Əməliyyat-axtarış tədbirləri qanunvericiliyə uyğun aparılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, Polis orqanlarının müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair Təlimatda əksini tapıb.
Bu tədbirlər Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə əsaslanmalıdır. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun tələbləri yerinə yetirilməlidir. Həbs yerlərində saxlanılan şəxslərin hüquqları qorunmalıdır. Əməliyyat tədbirləri məhkəmə nəzarəti altında icra olunmalıdır. Mühafizə sisteminə maneə yaradan hallar aradan qaldırılmalıdır. Qaçış təhlükəsi yüksək olan şəxslərə qarşı xüsusi tədbirlər görülməlidir. Əməliyyat-axtarış prosesində qanun pozuntusuna yol verilməməlidir.