Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Heftelik.az-ın xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Telefon danışığı zamanı Türkiyə ilə Ermənistan arasında təmaslar, regional və qlobal məsələlər müzakirə olunub.

Prezident Ərdoğan bölgədə əhatəli normallaşmanın və Azərbaycan ilə Ermənistan arasında sülh dialoqunun əhəmiyyətinə diqqət çəkərək Türkiyə ilə Ermənistan arasında təmaslardan məmnunluğunu dilə gətirib.

Tərəflər dialoqu davam etdirməyə razılaşıblar.