Kredit təşkilatlarının və dövlətin müvafiq öhdəlik götürdüyü hallardan başqa, bütün digər hallarda kredit təşkilatları dövlətin, dövlət isə kredit təşkilatlarının öhdəlikləri üçün məsuliyyət daşımır.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Azərbaycan Respublikasının ərazisində kredit təşkilatları bank fəaliyyətini Mərkəzi Bankın verdiyi xüsusi razılıq (lisenziya) əsasında həyata keçirə bilər.