Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 04.06.2025-ci il tarixində yerli vaxtla saat 23:32-də Lerik rayonu ərazisində 17 km dərinlikdə 3.6 maqnituda zəlzələ qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Heftelik.az-a verilən xəbərə görə, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

 

***

4 iyun, saat 23.53

Lerik rayonunda 3,6 maqnitudalı zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Heftelik.az-a verilən məlumata görə,  yerli vaxtla saat 19:32  baş verən zəlzələnin ocağı 17 km dərinlikdə olub.

Zəlzələ hiss olunub.