MSY-də saxlanılan şəxslər başqa iş üzrə şahid kimi çağırıldıqda tələbnamədə bu qeyd olunmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, Polis orqanlarının müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair Təlimatda əksini tapıb.

Tələbnamələr yalnız səlahiyyətli şəxslərin imzası və möhürü ilə təsdiqlənir. Müşayiət dəstəsinin ayrılması üçün rəsmi tələbnamə təqdim edilməlidir. Müşayiət olunan şəxslər səliqəli və hava şəraitinə uyğun geyimdə olmalıdırlar. Müşayiət dəstəsi olmadığı halda, tutulmuş şəxslərin verilməsi barədə qərarı orqan rəisi qəbul edir. Bu zaman yüksək fiziki hazırlıqlı əməkdaşlar seçilir. Müşayiət edilməsi üçün əsaslar arasında məhkəmə qərarları və prokurorun göstərişləri yer alır. Həmçinin tibb müəssisələrinə aparılma barədə sərəncam verilməsi də müşayiət üçün əsas sayılır.