Şəkidə 34 yaşlı qadın qətlə yetirilib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə səhər saatlarınada rayonun Cəyirli kəndində baş verib. 34 yaşlı Zəhra Məlik qızı Əliyeva atasının evində ölü vəziyyətdə tapılıb.
İlkin araşdırma zamanı qadının əri tərəfindən bıçaqlanaraq qətlə yetirildiyi məlum olub. Hadisəni törədən şəxsin saxlanılması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.
Qətlə yetirilən Zəhra Əliyeva əslən Mingəçevirdən olan Həsrət Əliyevlə ailə həyatı qurub. Onlar ailə həyatı qurduqdan sonra Zəhranın atası ilə birgə yaşayıblar, iki övladları var.
İlkin məlumata görə, Həsrət Əliyev həyat yoldaşını bıçaqlayaraq qətlə yetirdikdən sonra hadisə yerindən qaçıb.