Təsis edilən bank ilkin müraciətinin müsbət baxılması haqqında qərarın qəbul olunduğu gündən 180 təqvim günü müddətində ilkin nizamnamə kapitalının minimum miqdarını ödəməli və Azərbaycan Respublikasının Mülki Məcəlləsi və ona müvafiq olaraq qəbul edilmiş digər qanunvericilik aktlarına uyğun dövlət qeydiyyatından keçməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.

Bu müddət ərzində təsis edilən bank korporativ idarəetmə sistemlərini təşkil etməli (bu Qanunun tələblərinə uyğun idarəetmə orqanlarını yaratmalı, təşkilati strukturu formalaşdırmalı, informasiya texnologiya sistemini tətbiq etməyə hazır olmalı, mühasibat uçotu və hesabatı siyasətini müəyyən etməli, reqlament hazırlamalı, müvafiq rəhbər və minimum işçi heyəti müəyyən etməli), texniki-təchizat və təhlükəsizlik tədbirlərini tamamlamalıdır.