Pirqulu stansiyasından 15 km şimal-şərqdə Şamaxı və Xızı rayonlarında 3,6 maqnitudalı zəlzələ qeydə alınıb.

Respublİka Seysmoloji Xİdmət Mərkəzindən Heftelik.az-a verilən məlumata görə,  yerli vaxtla 10:18-də baş verən zəlzələepisentrdə 4 bal, Şamaxı və Xızı rayonlarının episentrə yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.

Zəlzələnin ocağı 5 km dərinlikdə yerləşib.

Xatırladaq ki, dünən yerli vaxtla 16:02-də Şamaxı və Xızıda 3,7maqnitudalı zəlzələ olub. Zəlzələ episentrdə 4 bal, Şamaxı və Xızı rayonlarının yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.