Bu gün saat 14 radələrində paytaxtın Sabunçu rayonu Böyükşor qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Heftelik.az-a verilən məlumata görə, “Mercedes” markalı yük avtomobili yolun əks istiqamətində hərəkətdə olan “Volkswagen” markalı minik avtomobili ilə toqquşub.
Nəticədə 3 nəfər həyatını itirib, 1 nəfər isə xəsarət alıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə iyunun 7-də, saat 13:50 radələrində Nərimanov rayonu, Böyükşor gölü ərazisindən yol-nəqliyyat hadisəsi ilə bağlı çağırış daxil olub.
Çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub. Hadisə yerində 3 (kişi cinsli) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb. Xəsarət alan 68 yaşlı (kişi cinsli) şəxs isə müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunubr.