Goranboyda yeniyetmə qızı maşın vurub.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonunda yerləşən marketlərin birinin qarşısında qeydə alınıb.

Yolu keçmək istəyən  2014-cü il təvəllüdlü Bakı şəhər sakini Z.Bayramovanı Goranboy Rayon Mərkəzi Xəstəxanasının həkimi Kəmalə Abdullayevanın idarə etdiyi “Nissan” markalı minik avtomobili vurub.

Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.