“Qumar kralı”nın sağ əli saxlanılıb.

Heftelik.az-ın məlumatına görə, “Qumar kralı” kimi tanınan Şəkili Yusifin “sağ əli”  Məmmədov Pərviz Abgül oğlu (Əhmədli Pərviz) cinayət məsuliyyətindən boyun qaçıraraq 4 ay gizləndikdən sonra Baş Prokuror yanında  Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.

Qeyd edək ki, bu ilin fevralında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi qumar oyunlarının təşkilinə qarşı əməliyyat keçirib. Əməliyyatla ölkədə “Qumar kralı” kimi tanınan Yusif Baqiyev (Şəkili) də saxlanılıb.

Ona qarşı ilkin olaraq Cinayət Məcəlləsinin  193-1.3.1 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə) və 244-1.4-cü (qumar oyunlarını təşkil etmə və keçirmə-xüsusilə külli miqdarda gəlir əldə etməklə ) maddələri ilə ittiham elan edilib.

İttihama görə, Yusif Baqiyev qanunsuz qumarxana şəbəkəsi quraraq bu yolla ümumilikdə 161 milyon manat məbləğində gəlir əldə edib.

Yusif Baqiyev Yasamalda yerləşən “Nuxa” restoranının da sahibi olub. Bir neçə ay əvvəl adıçəkilən restoran yanğın təhlükəsinə görə bağlanıb.

Bu maddələrin sanksiyasında 12 ilə kimi azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Yusif Baqiyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Şəkili Yusifin qohumu da qumara görə həbs edilibmiş – Milyonluq işdə bəraət aldı