Bu gün  UEFA Millətlər Liqasında final qarşılaşması baş tutub.

Heftelik.az-ın məlumatına görə, oyun Almaniyada baş tutub.

Portuqaliya və İspaniya yığmaları arasında matçın əsas və əlavə vaxtları 2:2 hesabı ilə başa çatıb. Portuqaliya millisinin heyətində qolları Nuno Mendeş (26-cı dəqiqə) və Kriştianu Ronaldu (61) vurub. İspaniya yığmasının heyətində Martin Subimendi (21) və Mikel Oyarsabl (45) fərqlənib. Penaltilər seriyasında isə portuqaliyalılar rəqiblərini 5:3 hesabı ilə məğlub edib.

Beləliklə, Portuqaliya millisi ikinci dəfə UEFA Millətlər Liqasının qalibi olub. Bundan əvvəl portuqaliyalılar 2019-cu ildə turnirin qalibi olub. Portuqaliya millisi turnir tarixində ilk dəfə çempionluq titulunu iki dəfə qazanıb.