Azərbaycanın dekorativ-tətbiqi sənətinin görkəmli nümayəndəsi, istedadlı rəssam, professor, pedaqoq Tamilla Şahbaba qızı Məmmədova vəfat edib.
Heftelik.az-ın məlumatına görə, Tamilla Məmmədova qobelen sənətində milli və Avropa ənənələrini birləşdirərək özünəməxsus üslub yaradıb.
Əsərləri beynəlxalq səviyyədə tanınıb, o cümlədən Şeremetyevo hava limanında, Heydər Əliyev adına Hava Limanında və “Azərbaycan” gəmisində nümayiş olunub.
Azərbaycan Rəssamlıq Akademiyasının ilk elmi katibi, yüzlərlə tələbənin sevimli müəllimi olmuş Tamilla xanım həm də əməkdar rəssam, mərhum vitraj ustası Ağa Saleh Nuriyevin həyat yoldaşı, Beynəlxalq Maliyyə Korporasiyasının ölkə rəhbəri Aliyə Əzimovanın anası idi.
Allah rəhmət eləsin!