Bakıda gənc qız qarpızdan zəhərlənib.

Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, hadisə Səbail rayonu ərazisində qeydə alınıb.

20 yaşlı Dərya Ağayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Lakin görülən tədbirlərə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Məlumata görə, mərhum universitetlərdən birində təhsil alırmış. Onun qarpızdan zəhərləndiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.