Bank lisenziyası almaq üçün yekun müraciətə hansı  sənədlər əlavə edildiyi açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.

Bank lisenziyası almaq üçün yekun müraciətə aşağıdakı sənədlər əlavə edilir:

– dövlət qeydiyyatı haqqında sənədin və nizamnamənin surəti, habelə bankın reqlamenti;

–  bankın yaradılması və inzibatçıların təyin edilməsi haqqında səhmdarların ümumi yığıncağının qərarının surəti;

– bank lisenziyasının alınması üçün ilkin müraciətə müsbət baxılması haqqında Mərkəzi Bankın qərarı ilə müəyyən edilmiş şərtlər qoyulduqda, həmin şərtlərin yerinə yetirildiyini təsdiqləyən sənəd (sənədlər);

– ilkin müraciətlə təqdim edilmiş məlumatlarda əhəmiyyətli dəyişikliklər olduqda həmin dəyişikliklərin müfəssəl şərh edildiyi yazılı məlumat;

– bankın korporativ idarəetmə sistemlərinin, o cümlədən idarəetmə orqanlarının formalaşdırılması, texniki-təchizat və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini təsdiqləyən sənədlər;

– bannk lisenziyasının verilməsi üçün dövlət rüsumunun ödənildiyini təsdiqləyən sənəd.