Xəzər dənizində meyit aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyindən  Heftelik.az-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Park ərazisində, dənizdən 1 nəfərin meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Lent.az-ın yazdığına görə, Bakı bulvarında dənizə düşən şəxsin kimliyi bilinib. Onun 18-20 yaşlarında qadın olduğu məlum olub. Hadisə gecə saat 2 radələrində qeydə alınıb.