Depozit əməliyyatları yalnız banklar, xarici bankların yerli filialları və poçt rabitəsinin milli operatoru tərəfindən həyata keçirilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Mərkəzi Bank hər hansı şəxsin lisenziyası olmadan bu Qanunun 3.1-ci maddəsində göstərilən fəaliyyətlə məşğul olduğunu müəyyən etdikdə, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna uyğun tədbirlər görür.