Tutulmuş və ya həbs edilmiş şəxslər əvvəlcədən müəyyən edilmiş marşrutlarla aparılır.
Heftelik.az-ın məlumatına görə, bu, Polis orqanlarının müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair Təlimatda əksini tapıb.
Bu marşrutlar əsas və ehtiyat marşrutlardan ibarətdir. Hərəkət cədvəli Penitensiar xidmətin planı ilə uzlaşdırılır. Dəmir yolu və digər nəqliyyat vasitələri nəzərə alınaraq marşrut hazırlanır. Konvoy taborunun hərəkət cədvəli əsas götürülür. Polis və Ədliyyə Nazirliyinin əməkdaşları marşrutların hazırlanmasında iştirak edirlər. Dəyişikliklər olduqda aidiyyəti orqanlar məlumatlandırılır. Hər bir marşrut ciddi şəkildə nəzarətdə saxlanılır.