Orqan rəisi müşayiət dəstəsinin konkret vəzifələrini və hərəkət marşrutunu müəyyən etməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, Polis orqanlarının müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair Təlimatda əksini tapıb.

Müşayiətçilər lazımi sənədlər, rabitə vasitələri və müdafiə ləvazimatları ilə təmin edilir. Dəstə xidməti it, yol azuqəsi və nəqliyyat vasitələri ilə təchiz olunur. Müşayiətçilərə digər tapşırıqlar vermək qadağandır. Onlar gündəlik geyim formasında olmalı və silahla təmin edilməlidir. Baş müşayiətçi tapança daşıyır, digər müşayiətçilərin silah növü isə orqan rəisi tərəfindən təyin edilir. Avtomatın çiyində daşınması qadağandır. Müşayiət edilənlərin olduğu nəqliyyat vasitələri yoxlanılarkən silah baş müşayiətçiyə təhvil verilir.