Ermənistanın Baş naziri Nikol Paşinyan yeni katolikos seçkiləri ilə bağlı Apostol Kilsəsinin ardıcıllarına müraciət edib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,müraciətdə seçkilərlə bağlı təşkilati məsələlərin həlli üçün Koordinasiya Qrupu yaratmaq zərurəti ön plana çəkilib.
“Koordinasiya Qrupunun üzvləri həm kişilər, həm qadınlar, həm ruhani, həm də dindar olmayan şəxslər ola bilərlər. Lakin ruhani şəxslərin, xüsusilə monastır həyatına sadiq olanların subaylıq əhdini pozmamış olmaları vacibdir”, – müraciətdə qeyd olunub.
Qeyd edək ki, son günlər Nikol Paşinyan II Qareginin könüllü subaylıq əhdini pozduğu və övladının olduğu barədə sosial hesablarında paylaşımlar edib.