Qaçış hazırlığı barədə məlumatlar sənədləşdirilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, Polis orqanlarının müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair Təlimatda əksini tapıb.

Bu məlumatlar “Müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin uçotu kitabı”nda qeyd olunmalıdır. Saxlanılan şəxslərin şəxsi işlərində bu barədə qeydlər aparılmalıdır. Özləri haqqında yalan məlumat verən şəxslər ciddi nəzarətə alınmalıdır. Başqalarının adından istifadə etməyə çalışan şəxslərə xüsusi diqqət yetirilməlidir. Özünü xəstə kimi göstərən məhbuslara nəzarət gücləndirilməlidir. Bu şəxslər barədə müşayiət xidmətlərinə məlumat verilməlidir. Hər hansı şübhəli vəziyyət operativ araşdırılmalıdır.