Bankın yekun müraciətinə və ona əlavə edilmiş sənədlərə ən geci 30 təqvim günü müddətində baxılır.

Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.

Yekun müraciətdə və/və ya ona əlavə edilmiş sənədlərdə səhvlər və ya çatışmazlıqlar (bu Qanunun 8.12-ci maddəsinin tələbləri nəzərə alınmaqla) müəyyən edildikdə, onların aradan qaldırılması üçün Mərkəzi Bank müraciət edən banka müvafiq bildiriş göndərir. Yenidən təqdim olunmuş sənədlərə Mərkəzi Bank ən geci 15 təqvim günü müddətində baxmalıdır. Mərkəzi Bank sənədlərin bu Qanunun 8.10-cu maddəsinin tələblərinə cavab verdiyini, ilkin nizamnamə kapitalının minimum miqdarı üzrə ödənişlərin Mərkəzi Banka daxil olduğunu müəyyən etdikdə bank lisenziyasının verilməsi haqqında qərar qəbul edir və bu barədə müraciət edənlərə 5 təqvim günü müddətində yazılı bildiriş göndərir.