MSY-nin növbətçisi, tutulmuş şəxslərin saxlanılma müddətlərini izləyir və vaxtında əlaqədar orqanlara məlumat verir.
Heftelik.az-ın məlumatına görə, bu, Polis orqanlarının müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair Təlimatda əksini tapıb.
O, həbs olunan şəxslərin şəxsi işlərini tərtib edərkən, müvafiq sənədləri toplayır və onlara riayət edilməsini təmin edir. Bu sənədlər arasında tutma protokolları, məhkəmənin qərarları və şəxsi məlumatlar yer alır. Növbətçi, həmçinin naryadın xidmətini yoxlayaraq, onun düzgün yerinə yetirilməsini təmin edir və növbətçilərin avadanlıqla təmin olunmasına nəzarət edir. O, saxlanılan şəxslərin kamerada olarkən təhlükəsizliyini təmin edir və gəzintiyə çıxarkən müvafiq tədbirlər görür. Növbətçi, MSY-də saxlanılan şəxslərin hüquqlarının qorunmasını təmin edir və daxili intizam qaydalarının pozulmasına mane olur. O, həmçinin, xidməti sənədləri və avadanlıqları qorumaqla da məsuliyyət daşıyır.