MSY-nin texniki vəziyyəti mütəmadi yoxlanılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, Polis orqanlarının müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair Təlimatda əksini tapıb.

Bu yoxlamalar polis orqanının rəisinin əmri ilə həyata keçirilməlidir. Mütəmadi müayinələr üçün xüsusi komissiya yaradılmalıdır. Texniki möhkəmlik və sanitariya vəziyyəti nəzarətdə saxlanılmalıdır. Xüsusi təyinatlı avtomobillər də mütəmadi yoxlanılmalıdır. Aşkar edilən nasazlıqların aradan qaldırılması təmin olunmalıdır. Yoxlamaların nəticələri sənədləşdirilməlidir. Müvafiq aktlar tərtib olunmalıdır.