Müşayiət dəstəsi tutulmuş şəxslərin təhlükəsiz daşınmasını təmin edir.
Heftelik.az-ın məlumatına görə, bu, Polis orqanlarının müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair Təlimatda əksini tapıb.
Polis orqanları tərəfindən xüsusi komplektləşdirilmiş naryad ayrılır. Naryadın tərkibi fiziki və döyüş hazırlıqlı əməkdaşlardan ibarət olur. Tutulmuş şəxslərin sayı çox olduqda əlavə tədbirlər görülür. Müşayiət üçün xüsusi avtomobillərdən istifadə olunur. Müşayiət dəstəsinin rəisi hərəkət planına cavabdehdir. Onların marşrutda dəyişiklik etmə səlahiyyəti var. Hər bir əməliyyat əvvəlcədən razılaşdırılır.