Ödəmə qabiliyyətini itirmiş bank ödəmə qabiliyyətini itirmiş və ya itirmək təhlükəsi olan bankdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.

Rezolyusiya ödəmə qabiliyyətini itirmiş bankın, o cümlədən bank holdinq şirkətinin təxirəsalınmadan və mümkün az məsrəflə maliyyə bazarından kənarlaşdırılması məqsədi ilə Mərkəzi Bank tərəfindən bu qanunun 57.6-cı maddəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsidir.