Polisin müşayiət dəstəsinin komandiri, tutulmuş və ya həbs edilmiş şəxslərin müşayiətinə rəhbərlik edir.

Heftelik.az-ın məlumatına görə, bu, Polis orqanlarının müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair Təlimatda əksini tapıb.

O, xidmətin keyfiyyətinə, tabelikdə olanların peşə hazırlığına, nizam-intizama və qanunçuluğa riayət olunmasına görə məsuliyyət daşıyır. Komandirin vəzifələri arasında tutulmuş şəxslərin mühafizəsinin şəraitini öyrənmək və tədbirlər hazırlamaq da yer alır. Hər bir xidmət marşrutunun cədvəlini hazırlamaq və qaçma halları və ya digər hadisələr zamanı görüləcək tədbirləri müəyyən etmək onun öhdəliyindədir. Komandir, məruzə etdiyi təkliflərlə xidmətin effektivliyini artırmağa çalışmalıdır. O, həmçinin müəyyən olunmuş marşrutlarda baş verə biləcək vəziyyətləri nəzərə alaraq xüsusi hazırlıq təlimatları verir. Komandir, naryadların öz vəzifələrini düzgün yerinə yetirmələrini yoxlayır və aşkar edilmiş nöqsanları dərhal yerində aradan qaldırır. Həmçinin, şəxsi heyətin xidmətə hazırlığını təmin edir.