Soyuq havalarda müşayiət dəstəsi isti paltarlarla təmin edilir.

Heftelik.az-ın məlumatına görə, bu, Polis orqanlarının müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair Təlimatda əksini tapıb.

Hər bir müşayiətçiyə fıştırıq, sənəd çantası və qandal verilir. Dəmir yolu ilə daşınma zamanı dəstənin rəisi xüsusi açarlarla təmin edilir. Müşayiət üçün elektromeqafonlar, fənərlər və sarğı paketləri də verilir. Həmçinin kompas, binokl və işıqsaçan patron dəstləri ilə təchizat mümkündür. Xüsusi hallar üçün siqnal tapançaları və bayraqcıqlardan istifadə edilir. Bu ləvazimatlar polis orqanlarının normalarına uyğun təmin edilir. Bütün bu tədbirlər müşayiət olunan şəxslərin və müşayiətçilərin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.