Yerli bankın xarici filialının və ya xarici nümayəndəliyinin açılmasına icazə verildikdə onların fəaliyyət göstərəcəyi ölkənin bank tənzimləməsi və nəzarəti orqanı ilə müəyyən edilmiş qaydada qarşılıqlı əməkdaşlıq əsasında müvafiq filialın və ya nümayəndəliyin fəaliyyəti üzərində nəzarətin həyata keçirilməsi imkanı da nəzərə alınır.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Xarici filialını və ya nümayəndəliyini açan yerli bank onların yerləşdiyi ölkədə müvafiq icazə aldıqdan sonra bu barədə Mərkəzi Banka 5 iş günü müddətində yazılı bildiriş göndərməlidir.