Cənubi Afrikada qar yağması və ardınca daşqınlar 49 nəfərin həyatına son qoyub.

Heftelik.az  xəbər verir ki, bu barədə yerli KİV-ə istinadən Shot Telegram kanalı məlumat yayıb.

Pis hava şəraiti geniş dağıntılara səbəb olub. Yerli mətbuatın məlumatına görə, Cənubi Afrikanın əyalətlərindən birində içərisində uşaqların olduğu məktəb avtobusunu sel aparıb. Qəza nəticəsində 6 məktəbli ölüb.

Ölkənin müxtəlif əyalətlərində qar yağması səbəbindən yüzlərlə avtomobil böyük tıxaclarda qalıb.