Ərizəçinin tibbi qiymətləndirməyə uyğunluğu, müəyyən sağlamlıq meyarlarına əsaslanır. Hər hansı bir anomaliya və ya xəstəlik, qiymətləndirməni təxirə salınmasına səbəb ola bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi və digər dövlətdə verilmiş analoji sənədlərin tanınması Qaydaları”nda əksini tapıb.
Aktiv, gizli və ya xroniki xəstəliklər də nəzərə alınır. Ərizəçilər, bədən xəsarətləri və əməliyyat nəticələrini də düzgün göstərməlidirlər. Tibbi qiymətləndirmə zamanı, ərizəçi müalicə üçün istifadə olunan dərmanların təsirlərindən də xəbərdar olmalıdır. Dərman preparatlarının istifadəsi qiymətləndirmə nəticələrini poza bilər. Ərizəçilər, istifadə etdikləri dərmanların yan təsirlərini də doğru şəkildə təqdim etməlidirlər. Həkimlər, ərizəçilərin dərman istifadəsini diqqətlə izləyir. Hər hansı bir müalicə və ya dərman istifadəsi aviasiya təhlükəsizliyini təhdid etməməlidir.