Buraxılış REJİMİ

12 İyun 2025, 01:06

MSY-nin növbətçisi buraxılış rejimini həyata keçirərkən, gələn şəxslərin sənədlərini yoxlamaq və onların MSY-yə gətirilmiş olmalarını təmin etmək üçün cavabdehdir.

Heftelik.az-ın məlumatına görə, bu, Polis orqanlarının müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair Təlimatda əksini tapıb.

Həmçinin, o, tutulmuş şəxslərin istintaq hərəkətləri üçün kameradan çıxarılmasını təmin edir və buna uyğun göstərişlər verir. Daxili qaydalara uyğun olaraq, növbətçi qadağan olunmuş əşyaların MSY-yə daxil olmasının qarşısını alır və şəxslərin vəkilləri ilə görüşlərini təşkil edir. Növbətçi, həmçinin saxlanılan şəxslərin saxlanılması qaydalarına uyğunluğunu yoxlayır və nəticələr barədə MSY-nin rəisinə məlumat verir.