Hindistanın qərbində “Air India” aviaşirkətinə məxsus “Boeing 787 Dreamliner” təyyarəsinin qəzaya uğraması nəticəsində 310-dan çox insan həlak olub.
Heftelik.az xəbər verir ki, bu barədə “The New Indian Express” qəzeti mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, qəzaya uğrayan təyyarənin göyərtəsində olan sərnişinlərdən 240-dan çoxunun həlak olduğu artıq təsdiqlənib.
75 nəfər isə hava gəmisinin çırpıldığı yataqxanada olanlardır.
***
saat 20.49
Hindistanda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 290 nəfər həlak olub.
Heftelik.az xəbər verir ki, bu barədə “Reuters“ yerli polis məmuruna istinadən məlumat yayıb.
Ölənlərdən 241-i təyyarənin göyərtəsində, 50 nəfər isə hava gəmisinin çırpıldığı yataqxanada olanlardır.
Bir sərnişin qəzadan sağ çıxıb.