Polis orqanının növbətçisi müşayiət dəstəsinə operativ rəhbərlik edir.
Heftelik.az-ın məlumatına görə, bu, Polis orqanlarının müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair Təlimatda əksini tapıb.
O, müşayiət xidməti ilə bağlı tapşırıqların yerinə yetirilməsinə görə məsuliyyət daşıyır. Növbətçi müşayiət marşrutlarını izləməli və təhlükəsizlik vəziyyətindən xəbərdar olmalıdır. Mühafizə şəraitinin dəyişməsi zamanı dərhal tədbirlər görülməlidir. Növbətçi, müşayiət dəstəsinin gücləndirilməsi üçün təcili addımlar atmalıdır. O, şəxsi heyətin və texniki vasitələrin düzgün istifadəsinə nəzarət edir. Xidmətin keyfiyyətli təşkil olunması üçün sürücülərin hazırlığı yoxlanılır. Müşayiət dəstəsinə verilmiş silah və xüsusi vasitələrin qaytarılmasına nəzarət edilir.