Şahin Abdulla oğlu Mustafayev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Heftelik.az  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Şahin Mustafayev Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.